İsrail Hizbullahın 3 PUA-sını vurdu - VİDEO
Bizi izləyin

Yaxın Şərq

İsrail Hizbullahın 3 PUA-sını vurdu - VİDEO

İsrail hakimiyyəti Aralıq dənizinin mübahisəli bölgəsində qaz qurğularından birinə doğru hərəkət edən Hizbullaha məxsus üç pilotsuz təyyarəni vurduqlarını bildirib.

Publika.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Hərbi rəsmilər bildirirlər ki, pilotsuz təyyarələr Livandan buraxılıb. Onlar döyüş təyyarələri və gəmiyə quraşdırılmış raketlərin birləşməsi ilə vurulub.

Hizbullah qısa açıqlama verərək pilotsuz təyyarələri işə saldığını təsdiqləyib.

İsrail və Livan arasında Kariş qaz yatağına sahiblik məsələsində gərginlik artıb.

ABŞ-ın enerji elçisi Amos Hochstein uzun müddətdir davam edən mübahisəni həll etmək üçün iki ölkə arasında vasitəçilik edir. İsrail yatağın BMT tərəfindən tanınan eksklüziv iqtisadi zonasında olduğunu deyir, lakin Livan da onun bəzi hissələrinə iddia edib.

Hizbullah kəşfiyyat uçuşu çərçivəsində qazma qurğusunu hədəf aldığını bildirib.

"Missiya yerinə yetirildi və mesaj alındı", - məlumatda deyilir.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm