Misirdə DƏHŞƏTLİ QƏZA: 25 nəfər öldü, 35 nəfər yaralandı
Bizi izləyin

Yaxın Şərq

Misirdə DƏHŞƏTLİ QƏZA: 25 nəfər öldü, 35 nəfər yaralandı

Misirin cənubundakı Əl-Minye şəhərində iki avtomobilin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə nəticəsində 25 nəfər ölüb, 35 nəfər yaralanıb.

Misirin dövlət qəzetlərindən biri olan “Əhbar əl-Yevm”in saytında yer alan xəbərdə ölkənin mərkəzi hissəsindəki Əl-Minye şəhərində sərnişin avtobusunun dayanmış yük maşınına arxadan çırpıldığı açıqlanıb.

Qəza ilə bağlı Misir Baş Prokurorluğu tərəfindən araşdırma başlanıb.

Misir Sosial Həmrəylik Nazirliyinin qəzada ölən və yaralananların ailələrinə maddi yardım edilməsinə qərar verdiyi bildirilir.

Son rəsmi məlumatlara görə, Sohac əyalətindən paytaxt Qahirəyə gedən avtobus təkər dəyişdirmək üçün yolun kənarında olan yük maşınına arxadan çırpılıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm