İran sərhəd qoşunları ilə “Taliban” arasında toqquşma başladı
Bizi izləyin

Yaxın Şərq

İran sərhəd qoşunları ilə “Taliban” arasında toqquşma başladı

Əfqanıstanla sərhəddə İran sərhəd qoşunları ilə “Taliban” arasında toqquşma baş verib.

Publika.az xəbər verir ki, bu barədə İRNA agentliyi Sistan və Bəlucistan əyalətinin Helmand (Xirmand) rayonunun rəhbəri Meysəm Barazəndəyə istinadən məlumat yayıb.

“Bir neçə dəqiqə əvvəl Xirmand şəhəri yaxınlığında İran İslam Respublikasının sərhəd qoşunları ilə “Taliban” qüvvələri arasında toqquşma olub” - məlumatda deyilir.

Rayon rəhbəri onu da vurğulayıb ki, sərhədçilər ilə “Taliban” qruplaşması arasında toqquşmalar davam edir.

Mümkün itkilərdən danışan Barazande “Hazırda bu məsələnin araşdırıldığını” deyib.

Toqquşmanın səbəbi hələlik məlum deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm