Qəzza zolağında ölənlərin sayı 41-ə yüksəldi: 15-i UŞAQDIR
Bizi izləyin

Yaxın Şərq

Qəzza zolağında ölənlərin sayı 41-ə yüksəldi: 15-i UŞAQDIR

İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb.

Publika.az xəbər verir ki, bu barədə anklavın səhiyyə nazirliyi avqustun məlumat yayıb.

İsrailin hücumu nəticəsində 15 uşaq və 4 qadın həlak olub.

Daha əvvəl 36 nəfərin öldüyü, 311 nəfərin yaralandığı açıqlanmışdı .

İsrailin baş naziri Yair Lapid bildirib ki, Qəzza zolağında “Sübh” hərbi əməliyyatının məqsədlərinə nail olunub, ona görə də onu daha da davam etdirməyin mənası yoxdur.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm