ABŞ PUA-ları Əfqanıstanda... - “Taliban”
Bizi izləyin

Yaxın Şərq

ABŞ PUA-ları Əfqanıstanda... - “Taliban”

“Taliban”ın sözçüsü, Əfqanıstanın müdafiə naziri vəzifəsini icra edən Məhəmməd Yaqub bildirib ki, Amerika pilotsuz təyyarələri Pakistan üzərindən Əfqanıstan hava məkanına daxil olur.

Publika.az xəbər verir ki, Yaqub bu barədə mətbuat konfransında Pakistanı öz ərazisindən Əfqanıstana qarşı istifadə etməməyə çağırarkən deyib.

Daha əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatasının Respublikaçılar Partiyasından olan üzvü Meri Miller bildirib ki, Amerika lideri Co Baydenin prezidentliyi ölkə tarixində milli təhlükəsizliyin ən böyük uğursuzluğudur. Onun fikrincə, xüsusən də ötən il ABŞ qüvvələrinin Əfqanıstandan 13 ABŞ əsgərinin ölümünə səbəb olan fəlakətli çıxarılmasına görə dövlət başçısı məsuliyyət daşıyır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm