Taliban BMT əməkdaşlarını təqib etməyə başladı
Bizi izləyin

Yaxın Şərq

Taliban BMT əməkdaşlarını təqib etməyə başladı

BMT-nin Əfqanıstana Yardım Missiyası (UNAMA) ölkəyə nəzarət edən Taliban hərəkatının təhlükəsizlik qüvvələri tərəfindən BMT əməkdaşlarının təqib edilməsi hallarından narahat olduqlarını ifadə edib.

Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“De-fakto hakimiyyət orqanları BMT-nin əfqan qadın işçilərini, o cümlədən bu gün Birləşmiş Millətlər Təşkilatında çalışan üç əfqan qadının silahlı təhlükəsizlik agentləri tərəfindən sorğu-sual edilmək üçün seçiib və müvəqqəti saxlandığı insident də daxil olmaqla, təqib etməyə başlayıb”, - bəyanatda deyilir.

BMT öz növbəsində təşkilatın əfqan əməkdaşlarına qarşı bütün bu cür hədə-qorxu və təqiblərə dərhal son qoymağa çağırıb. Təşkilat həmçinin beynəlxalq insan hüquqları öhdəliklərinə uyğun olaraq Əfqanıstanda fəaliyyət göstərən bütün personalın təhlükəsizliyi üçün aydın təminatlara riayət olunmasını təmin etmək niyyətindədir.

Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm