Çin Rusiyadan bu miqdarda enerjidaşıyıcısı alıb
Bizi izləyin

Yaxın Şərq

Çin Rusiyadan bu miqdarda enerjidaşıyıcısı alıb

Ötən ay Çinin Rusiya enerjidaşıyıcılarına xərcləri rekord göstəriciyə - 8, 3 milyard dollara çatıb.

Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri yazıb.

Dünyanın ən iri idxalçısı xam neft, neft məhsulları, qaz və kömür tədarükündə Moskvadan asılılığını genişləndirməkdə davam edir.

Çin gömrük xidmətinin sentyabrın 19-da dərc etdiyi məlumatına görə, avqust ayında yük dövriyyəsi bir il öncəsindəkindən 68 faiz yüksək olub və kömürün rekord miqdarını özündə əks etdirib. Beləliklə, Ukraynada "xüsusi əməliyyat"ın başlanmasından keçən altı ay ərzində ümumi məbləğ 74 faiz artaraq nə az, nə çox - 44 milyard dollar təşkil edib.

Enerjidaşıyıcılarının qiymətinin qlobal artması nəticəsində idxalın dəyərinin artmasına rəğmən, Çin əvvəlkitək strateji müttəfiqindən böyük həcmdə güzəştlə tədarük edir.

Rusiya öz növbəsində "xüsusi əməliyyat" nəticəsində bir çox ölkələrin tədarükdən imtina etməsi səbəbindən alıcılar axtarışındadır. Bu il enerjidaşıyıcılarının bütövlükdə daha az aktiv idxalına rəğmən, Çinin xərclərinin artması iqtisadi çöküş və hökumətin koronavirusla mübarizə üzrə (COVİD Zero, "sıfır kovid") siyasəti səbəbindən tələbin süni surətdə artması ilə bağlıdır.

Ötən ayda Rusiya neftinin Çinə ixracı ötən ildəki 6, 53 milyon, iyuldakı 7, 15 milyon tondan 8, 34 milyon tonadək artıb, hərçənd, ilk dəfə olaraq apreldən əsas tədarükçü kimi Səudiyyə Ərəbistanı onu üstələyib.

Rusiya əleyhinə Qərbin sərtləşən sanksiyaları fonunda Moskva yaxın aylarda böyük ehtimalla xam neft və neft məhsullarının Çinə və başqa sifarişçilərə tədarükünü artıracaq. Rusiya kömürünün idxalı ötən ildəkinə nisbətən 57 faiz artıb və maksimal 8, 5 milyon tona çatıb, onlardan 1, 9 milyon tonunu poladtökmə sənayesi üçün koks kömürü təşkil edir.

Sıxılmış təbii qaz tədarükünün həcmi 671 000 tonadək artıb, bu, 2020-ci ildən maksimal göstəricidir və ötən ildəkindən 37 faiz yüksəkdir. Buraya ilin əvvəlindən gömrüyün məlumat vermədiyi boru kəməri qazı aid deyil, lakin bu zaman Rusiyanın mavi yanacağının Çinə nəql edilməsinin əsas kanalıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm