Epidemiya Uqandanı cənginə aldı
Bizi izləyin

Yaxın Şərq

Epidemiya Uqandanı cənginə aldı

Uqandada bu ay başlayan ebola epidemiyası nəticəsində həyatını itirənlərin sayı 21 nəfərə çatıb.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Emmanuel Aynebyun məlumat verib.

Onun sözlərinə görə, cari ayın əvvəlindən başlayan epidemiya nəticəsində ölənlərin sayı arta bilər. Çünki 34 nəfərin durumu olduqca ağırdır.

Qeyd edək ki, Uqanda Səhiyyə Nazirliyi sentyabrın 19-da ölən 24 yaşlı kişidə virusun aşkarlanması ilə ölkədə ebola xəstəliyinin yayıldığını açıqlayıb.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm