Vəba bu ölkəni cənginə aldı
Bizi izləyin

Yaxın Şərq

Vəba bu ölkəni cənginə aldı

Nigeriyada vəba epidemiyası səbəbindən həyatını itirənlərin sayı 149-a yüksəlib.

Publika.az xəbər verir ki, bu barədə Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yanvar ayından bəri epidemiya paytaxt Abuca ilə yanaşı, 30 ştatda yayılıb.

Açıqlamada qeyd edilib ki, sözügedən tarixdən bu günədək 5 min 451 nəfərə vəba diaqnozu qoyulub və epidemiya səbəbindən həyatını itirənlərin sayı 149-a çatıb.

Qeyd edək ki, ötən il bu ölkədə vəbadan 1174 nəfər həyatını itirib.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm