Pxenyan iki ballistik raket buraxdı
Bizi izləyin

Yaxın Şərq

Pxenyan iki ballistik raket buraxdı

Şimali Koreya Yaponiya dənizi istiqamətinə ballistik raket atıb.

Publika.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Yonhap” agentliyinin yaydığı məlumatda deyilir. Məlumatda bildirilib ki, raketlər Yaponiyaya məxsus xüsusi iqtisadi zonadan kənara düşüb.

Bu, Şimali Koreyanın son həftə ərzində üçüncü, cari ilin əvvəlindən isə 22-ci raket sınağıdır.

Seulun ali hərbi qurumunun məlumatına görə, KXDR-in buraxdığı iki ballistik raket təxminən 350 kilometr məsafəni qətt edib, maksimal uçuş yüksəkliyi 50 kilometrə bərabər olub.

Onu da qeyd edək ki, Birləşmiş Ştatların vitse-prezidenti Kamala Harris iki gün əvvəl Seula birgünlük səfərə gəlib. O, Şimali Koreya ilə sərhəddəki hərbisizləşdirilmiş zonaya baş çəkib. Vitse-prezident Vaşinqtonun müttəfiqini qorumağa sadiq olduğunu bəyan edib və Pxenyanı insan haqlarını pozduğuna görə tənqid edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm