Yaxın Şərq
Filippində “Noru” tufanı 12 can aldı
Filippinin Luson adasına çatan “Noru” tufanı nəticəsində 12 nəfər ölüb, 67 nəfər ciddi xəsarət alıb.
Publika.az xəbər verir ki, bu barədə Filippinin Risklər Barədə Xəbərdarlıq və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Milli Şurasının oktyabrın 4-də dərc etdiyi məlumatda qeyd edilir.
Vurğulanır ki, fəlakət zonasından təxliyə edilən 46 mindən çox insan hələ də 23 təxliyə mərkəzində qalır. Ümumilikdə 91 mindən çox insanın əvvəlcədən evlərini tərk etdiyi bildirilir. Beş nəfər isə itkin düşmüş sayılır. Təbii fəlakətin ümumilikdə 1 milyondan çox insana zərər vurduğu qeyd edilir.
Tufanın 52 mindən çox evə ziyan vurduğu, 8 minə yaxın evi isə tamamilə dağıtdığı qeyd edilir. Ümumilikdə 43 infrastruktur obyektinə 304,2 milyon peso (5,17 milyon dollar) ziyan dəydiyi, 46 yolun, 18 körpünün zərər çəkdiyi bildirilir. Ölkənin 117 şəhərində elektrik enerjisinin verilişinin kəsildiyi, onlardan 100-də artıq bərpa olunduğu barədə məlumat var.
Ölkənin 734 məktəbində dərslər, 771 bələdiyyədə isə müəssisələrin fəaliyyəti dayandırılıb. Hazırda 43 şəhərdə təbii fəlakət rejimi qüvvədədir. Hökumət tərəfindən maliyyə yardımı üçün 81,3 milyon peso (1,37 milyon dollar) vəsait tələb olunduğu qeyd edilir.
Bununla yanaşı, ölkənin kənd təsərrüfatına 2,94 milyard peso (49,9 milyon dollar) zərər dəydiyi bildirilir.
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?