Uqandadan Meloniyə 100 min inəkli evlilik təklifi
Bizi izləyin

Yaxın Şərq

Uqandadan Meloniyə 100 min inəkli evlilik təklifi

Uqanda prezidentinin oğlu və ordu generalı Muhuzi Kaibinrugaba İtaliyada seçkilərdə qalib gələn və baş nazir olmağa hazırlaşan ifrat sağçı Giorgia Meloni ilə "100 inək müqabilində" evlənmək təklifi edib.

Publika.az xəbər verir ki, bu barədə o, özünün sosial şəbəkə hesabında paylaşım edib.

Prezidentin oğlu nikahı təşkil etmək üçün dostu, Uqandanın İtaliyadakı səfirini maliyyə məsələlərini həll etmək üçün görəvləndirdiyini də yazıb:

"Düşünürəm ki, hər şeyə Romadan başlamalıyam, amma 100 min inəyi gömrükdən necə keçirəcəyimi bilmirəm".

Məlumata görə, Uqanda prezidenti bu "tvit"indən sonra oğlunu işdən çıxarıb.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm