Tehran rejissorun ölkədən çıxışını yasaqladı
Bizi izləyin

Yaxın Şərq

Tehran rejissorun ölkədən çıxışını yasaqladı

İranlı kinorejissor Mani Həqiqinin BFI London Film Festivalında iştirak etmək üçün İngiltərəyə getməsinə icazə verilməyib.

Publika.az xarici mediaya istinadla xəbər verir ki, rejissorun pasportu hava limanında heç bir izahat verilmədən əlindən alınıb. Bu gün Londonda keçiriləcək kinofestivalda Həqiqinin son filmi “Çıxarma”nın Böyük Britaniya premyerasını təqdim edəcəyi gözlənilirdi.

Hadisə ilə bağlı Həqiqi yaydığı videomüraciətdə belə deyib:

“Sizin yanınızda ola bilməyəcəyim üçün çox təəssüf edirəm. Tehran hakimiyyəti mənim Londona uçmağıma icazə vermədi. Onlar belə olduqca kobud davranışa tutarlı heç bir izahat verə bilmədilər”.

Tanınmış rejissorun fikrincə, bunun səbəbi bir neçə gün əvvəl sosial şəbəkədə hicablı qanunlara və gənclərə qarşı repressiyaları tənqid etməsidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm