Yaxın Şərq
Tehranı Azərbaycana hücumdan çəkindirən 2 SƏBƏB - Amerikalı ekspert

"İran öz sərhədləri daxilində bir çoxu hərbi xidmətdə olan və Tehranın qeyri-fars etniklərə mədəni təzyiqinə qarşı çıxan çoxmilyonluq azərbaycan türklərinə görə Azərbaycanı zəiflətmək və sabitliyi pozmaq niyyətindədir".
Publika.az bildirir ki, bunu "milli.az"-a açıqlamasında amerikalı analitik İrina Tsukerman deyib.
Analitik hesab edir ki, İran Azərbaycanla açıq savaşa iki səbəbə görə girə bilməz:
"Artıq bir aydan çoxdur ki, ölkəni sarsıtmaqda davam edən etirazlara İran tab gətirə bilsə də, azərbaycanlıların kollektiv üsyanı baş verərsə, bütün sistemin çökməsinə səbəb ola bilər. İndiyədək ölkənin periferik rayonlarından kənarda keçirilən nümayişlər əhəmiyyətli olmayıb, çünki azərbaycanlı əhali fəal iştirak etmir, amma bu, dəyişə bilər. Necə ki keçmişdə Azərbaycan İran tərəfindən təzyiqlərə məruz qalanda Təbrizdə və ölkənin azərbaycanlı əhalisi olan bölgələrində Azərbaycana dəstək aksiyaları keçirilirdi.
İkinci narahatlıq isə ondan ibarətdir ki, Avropanın etibarlı neft və qaz tədarükçüsünə çevrilmiş Azərbaycanın ucuz neftdən qazanc əldə etməyə ümidli İranla rəqabət aparmasıdır".
Amerikalı ekspert qeyd edir ki, hazırda Bakının Aİ ilə artan siyasi əlaqələri, insan hüquqları təcrübəsi mədəni və dini dözümsüzlüyü kəskin ziddiyyət təşkil edən avtoritar rejim üçün təhdiddir:
"Tehran bunu özünün biznes imkanlarına ciddi mane kimi görür. Amma hazırda İran çətin ki, Azərbaycanla birbaşa qarşıdurmaya girsin, çünki daxili təzyiqlərə görə artıq sanksiyalarla və beynəlxalq təzyiqlərlə üz-üzə qalmaq kimi qorxu canındadır. Xüsusən də qonşuluqda Türkiyə kimi böyük güc mərkəzinə çevrilən, çətinliklərə tab gətirə bilən qüdrətli dövlət var. O, İrana ən çətin məqamlarda potensial yardım göstərə biləcək ən real aktordur. Təbii ki, həm də belə olan təqdirdə Tehran istəmir Ankaranı özündən uzaqlaşdırsın. Çünki Tehranın Bakı ilə açıq qarşıdurmaya girməsi eyni zamanda Ankaraya qarşı cəbhə açmaq demək olacaq".

-
Nəqliyyat21:17
Bu yolda sürət həddi aşağı salındı
-
Kriminal20:33
Dubaydan qızıl külçə gətirən DGK-nın vəzifəli şəxslərinin istintaqı başa çatdı
-
Magazin119:50
Bloger Hüseyn Həsənov axtarışa verildi
-
MDB19:40
Lavrov İstanbula GETMƏYƏCƏK
-
Elm və təhsil19:00
Müəllimlərin nəzərinə! - Sertifikasiya imtahanlarının qrafiki açıqlandı
-
Nəqliyyat18:40
Bakıda axşam tıxacı: 25 yol keçilməz oldu
-
Dünya17:50
İsrail şokda: Tramp Netanyahunun bu istəyinin üstündən xətt çəkdi
-
Region17:00
Simonyan Tokayevə təşəkkür etdi: Azərbaycana görə