Yaxın Şərq
İran sərhədə qoşun göndərdi - SON DƏQİQƏ

İran hakimiyyəti kürd qrupları ilə mübarizə və sərhədlərdə təhlükəsizliyi təmin etmək üçün ölkənin qərbindəki Kürdüstan əyalətinə quru qoşunları göndərib.
Publika.az xəbər verir ki, bunu İran parlamentinin deputatı Məhəmməd İsmayıl Kövsəri deyib.
O qeyd edib ki, “separatçılar İraq Kürdüstanında ölkə ərazisinin bir hissəsini ələ keçirmək üçün peyda olublar”.
“Quru qoşunları ölkənin qərbinə onları məğlub etmək və sərhədlərdə təhlükəsizliyi təmin etmək və Kürdüstan şəhərlərinin sakinlərinin sakit rejimdə yaşaya bilməsi üçün göndərilib”, - Kövsəri əlavə edib.
Xatırladaq ki, oktyabr ayında İran İslam İnqilabı Keşikçiləri Korpusu İraqın şimalında yerləşən silahlı kürd qruplaşmalarına qarşı 4 mərhələli hərbi əməliyyata başlayıb. Əməliyyatda quru qoşunları, eləcə də SEPAH-ın hava bölmələri iştirak edib. Əməliyyat zamanı İran Silahlı Qüvvələrinin hava aviasiyası, eləcə də kamikadze pilotsuz uçan aparatları dəqiq zərbələr endirib.
Akqabay

-
Sosial17:38
Sabahdan hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
-
Sosial17:05
Naxçıvanla Türkiyə arasındakı sərhəd açıldı - Yeniləndi
-
Magazin116:40
Roza Zərgərli ərə gedir: 13 namizədim var, birini seçəcəm - VİDEO
-
Region16:00
Molla rejiminin "yeni oyunu" - Terrorçunu xəstəxanaya yerləşdirdilər
-
Magazin115:10
Hacı Nuranın brilliant daşlarla bəzədilmiş 30 minlik saatı - Video
-
Magazin114:30
Meyxana ustadları biznesmenin itinə meyxana dedilər - Video
-
Hadisə13:52
Şəxsi görüntüləri ilə şantaj olunan baş həkimin şok əməlləri - Həbs edildi, əmlakları isə...
-
Cənubi Qafqaz13:10
İran sentyabr döyüşlərində Ermənistana belə kömək edib - Kostanyandan ETİRAF