Yaxın Şərq
Millət vəkilləri ölümdən sonra orqanlarını bağışlayacaqlar

Misir parlamentinin iclasında millət vəkilləri yekdilliklə ölümdən sonra orqanlarını bağışlayacaqlarını bəyan ediblər.
Publika.az xəbər verir ki, misirli millət vəkili İnes Abdel-Halim bu qərarın orqan transplantasiyası əməliyyatlarına ehtiyacı olan xəstələrin həyatını xilas etmək üçündür.
Yəni, onlar belə bir addımı atmaq niyyətindədirlər.
Deputat bəyanatın bədən orqanlarını bağışlamağa təşviq etmək üçün verildiyini deyib.
O əlavə edib ki, parlament üzvləri bununla vətəndaşlar arasında orqan donorluğu mədəniyyətinin yayılmasına töhfə verirlər.
Millət vəkili diqqətə çatdırıb ki, deputatlar artıq ianə sertifikatları ilə bağlı rəsmi təsdiq imzalarını da təqdim ediblər.
"Bu sertifikatlar qanunun tələb etdiyi kimi, Səhiyyə Nazirliyinin pulsuz dərman departamentində qeydiyyata alınacaq", - deyə Abdel-Halim vurğulayıb.
Bu arada, Nümayəndələr Palatasının səhiyyə məsələləri Komitəsinin sədri Əşrəf Hatəm jurnalistlərə bildirib ki, parlamentin iclasında insan orqanının transplantasiyası qanunu da müzakirəyə çıxarılıb.
Millət vəkilləri ilə yanaşı, Misirin incəsənət xadimləri də ölümdən sonra bədən orqanlarını bağışlamağa qərar verdiklərini açıqlayıblar.
Tural Turan

-
Art02:12
"Titanik"dən sonra tarixin ən çox qazandıran FİLMİ
-
Region01:11
İranda on minlərlə məhbus əfv edildi
-
Magazin100:45
Azərbaycanın məşhur cütlüyü evlənir
-
Qoroskop00:15
Günün ULDUZ FALI: məkrli planın qurbanı ola bilərsiniz
-
Art5 Fevral 23:31
Zeynəb Dostəliyeva VƏFAT ETDİ
-
Art5 Fevral 22:20
Xalq rəssamı Fərhad Xəlilovun oğlu VƏFAT ETDİ
-
Kriminal5 Fevral 22:13
Şəmkirdə toy QANA BOYANDI
-
Magazin25 Fevral 21:13
Ombasına silikon qoydurdu - FOTO