Yaxın Şərq
İranda 448 nəfər öldürüldü

İranın təhlükəsizlik qüvvələri sentyabrın ortalarında başlayan və bu günə qədər davam edən etiraz aksiyaları zamanı azı 448 nəfəri öldürüb, onların yarıdan çoxu etnik azlıqların yaşadığı bölgələrdədir.
Publika.az xəbər verir ki, bu barədə İranın insan haqları qrupu bildirib.
Qrupun məlumatına görə, öldürüldüyü təsdiqlənən 448 nəfərdən 60-ı 18 yaşdan kiçik yeniyetmə və uşaqlar, habelə 9 qız və 29 qadındır.
Qeyd olunur ki, təkcə son bir həftədə təhlükəsizlik qüvvələrinin əməkdaşları tərəfindən 16 nəfər öldürülüb, onlardan 12-si etirazların xüsusilə intensiv olduğu ərazilərdə qətlə yetiriliblər.
Əvvəlki həftələrdə öldürülən insanların ölümləri barədə məlumatlar təsdiqləndikdən və siyahıya daxil edildikdən sonra ölənlərin sayı daha da artıb. Ölənlərin sayına yalnız repressiya zamanı qətlə yetirilən vətəndaşlar daxildir, təhlükəsizlik qüvvələrinin əməkdaşları siyahıya daxil deyil.
Xatırladaq ki, sentyabrın 16-da Məhsa Əmini adlı qadının düzgün taxılmamış hicaba görə əxlaq polisi tərəfindən qətlə yetirilməsindən sonra İranda mitinqlər başlanıb. Ölkənin güc strukturları etirazçılara qarşı zorakılıq tətbiq edir, kütləvi şəkildə həbs edir. (“Report”)

-
Art5 Fevral 23:31
Zeynəb Dostəliyeva VƏFAT ETDİ
-
Art5 Fevral 22:20
Xalq rəssamı Fərhad Xəlilovun oğlu VƏFAT ETDİ
-
Kriminal5 Fevral 22:13
Şəmkirdə toy QANA BOYANDI
-
Magazin25 Fevral 21:13
Ombasına silikon qoydurdu - FOTO
-
Kriminal5 Fevral 20:31
Gədəbəydə DƏHŞƏT: ata iki oğlunu bıçaqladı
-
Magazin25 Fevral 19:31
Evli qadınlar arasında ən gözəli o oldu - FOTO
-
Magazin15 Fevral 18:48
Pərvin Abıyevadan yarıçılpaq FOTOLAR
-
Magazin15 Fevral 17:09
Manaf Ağayev: "Pulum olmasa da, onu alaram" - VİDEO