Netanyahu bu naziri istefaya göndərdi
Bizi izləyin

Yaxın Şərq

Netanyahu bu naziri istefaya göndərdi

İsrailin baş naziri Benyamin Netanyahu Arya Derini Daxili İşlər və Səhiyyə nazirliklərinin rəhbərləri vəzifələrindən azad edib.

Publika.az xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.

Bildirilib ki, bu qərar Ali Məhkəmənin hökmü ilə bağlı qəbul edilib.

Məhkəmə də öz növbəsində ultra-dindar “Şas” partiyasının lideri Deri cinayət məsuliyyətinə cəlb olunduğundan belə bir qərar qəbul edib.

Netanyahu Deriyə istinad edərək qeyd edib ki, “ağır ürəklə, böyük təəssüflə və ən pis hisslərlə” bu addımı atmalıyam.

Eyni zamanda, İsrail Nazirlər Kabinetinin rəhbəri iki nazirlik portfelinin keçmiş sahibinin İsrail üçün işləməyə davam etməsi üçün “qanuni yol” tapacağını vəd edib.

Ali Məhkəməyə müraciət Derinin siyasi rəqibləri tərəfindən göndərilib: onlar onun əvvəllər məhkumluğuna görə nazir vəzifələrinə təyinatının qanunsuz kimi tanınmasını tələb ediblər.

Xüsusilə, 2000-ci illərin əvvəllərində korrupsiya ittihamı ilə 22 ay həbsdə yatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm