Yaxın Şərq
İrana HÜCUM AÇIQLAMASI: "Belə dəqiq zərbələr endirməyə qadir..."
Qərbin kəşfiyyat ictimaiyyətinin nümayəndələri əmindirlər ki, İranın İsfahan şəhərində sursat anbarına hücumlar uğurlu olub.
Publika.az xəbər verir ki, onların fikrini İsrailin “The Jerusalem Post” qəzeti yayıb.
Nəşrin məlumatına görə, obyektdə dörd partlayış səsi eşidilib və dəymiş ziyan İranda bildirilən "dam örtüyünün kiçik zədəsi"ndən xeyli çoxdur.
Rəsmi İsrail bu məsələ ilə bağlı şərh vermir.
Qəzet xatırladır ki, Qərbin əksər kəşfiyyat rəsmiləri və İrandakı mənbələri İranın Natanz (iyul 2020 və aprel 2021), eləcə də Kərəcdəki (iyun 2021) nüvə obyektlərinə analoji hücumlara görə, İsrailin "Mossad"ına borcludurlar.
“The Jerusalem Post”un mənbəsinin sözlərinə görə, "Mossad"dan başqa hələ də belə dəqiq zərbələr endirməyə qadir strukturların olduğu barədə məlumatlar var.
İranın İRNA agentliyi İsfahandakı hərbi-sənaye obyektində baş verən partlayışların pilotsuz təyyarələrin zərbələri nəticəsində baş verdiyini bildirib. Ölkənin Müdafiə Nazirliyi agentliyə “uğursuz hücum edildiyini” təsdiqləyib və zərbəni yalnız bir PUA həyata keçirib. Qeyd olunub ki, hava hücumundan müdafiə sistemi daha iki pilotsuz uçan aparatı məhv edib.
Hüseyn İbadlı
-
Qoroskop01:20Günün ulduz falı: çətinliklərlə təkbaşına mübarizə aparmalı olacaqsınız
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ25 Oktyabr 21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 25 Oktyabr 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə25 Oktyabr 19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Digər25 Oktyabr 16:44Çində 6 bala yaxın zəlzələ oldu














.jpg)


















