İsrail SEPAH-ın yük maşını karvanını bombaladı - VİDEO
Bizi izləyin

Yaxın Şərq

İsrail SEPAH-ın yük maşını karvanını bombaladı - VİDEO

İranda İslam İnqilabı Keşikçiləri Korpusunun qərargahında partlayışlar baş verib.

Publika.az xəbər verir ki, bu barədə jurnalist Qurbakşi Sinq Çahal “Twitter”də məlumat yayıb.

“İranın Mahabad şəhərində İslam İnqilabı Keşikçiləri Korpusunun qərargahında partlayışlar baş verib. Partlayışların səbəbi hazırda məlum deyil”, - o yazıb.

Bununla yanaşı, İsrail Hərbi Hava Qüvvələri SEPAH-ın yük maşını karvanını bombalayıb. Hadisə İraq və Suriya sərhədindəki Əbu Kamal şəhəri yaxınlığında baş verib.

Məlumata görə, 25 yük maşınından ibarət avtomobil karvanına hücum edilib. Versiyalardan birinə görə, yük maşınları silah, o cümlədən kamikadze dronları daşıyıb.

Hadisə yerində güclü yanğın baş verib. Mümkün tələfat barədə hələ ki, məlumat yoxdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm