Yaxın Şərq
İsraildə yarım milyondan çox əhali ayağa qalxdı

İsraildə 600 mindən çox insan məhkəmə islahatına etiraz etmək üçün ayağa qalxıb.
Publika.az xəbər verir ki, “Times of Israel” qəzetinin yazdığına görə, Təl-Əvivdə nümayişdə 300 minə yaxın israilli iştirak edib. Qeyd olunub ki, etirazçılar Ayalon şossesini bağlayıblar.
“Məhkəmə islahatlarına qarşı etirazlar zamanı Təl-Əvivdə Ayalon şossesini bağlamağa cəhd edən etirazçılardan 28 nəfəri saxlanılıb”, – qəzet polisin bəyanatına istinadən yazıb.
Martın 5-də də altı yüz mindən çox israilli məhkəmə islahatına qarşı çıxıb. İsraildə məhkəmə islahatlarına qarşı etiraz aksiyalarında 400 minə yaxın insanın iştirak etdiyi bildirilib. Etirazçılar ölkə boyu küçələrə çıxıblar. Qeyd olunub ki, hüquq-mühafizə orqanlarının əməkdaşları su şırnaqlarından və atlardan istifadə edirlər.
Nümayişlərin növbəti dalğası martın 12-də baş tutub. Likud Partiyasının lideri Benyamin Netanyahunun rəhbərlik etdiyi İsrail hökumətinin on minlərlə əleyhdarı küçələrə axışıb.
Aytən Məftun

-
İqtisadi gündəm10:20
Düşməni vahimiyə salan TİF: Türkün özünə nə verəcək?
-
Magazin109:48
“Ziya aldığı lüks avtomobili geri istəyir” - FOTO/VİDEO
-
İnanc09:12
Ehtiyatlı olun: Bu simvollar sizi yoxsullaşdırar
-
Qoroskop08:38
İyun ayında bürcləri nə gözləyir? - Sevgi, pul, işgüzar səfər...
-
Magazin108:15
Ayağını amputasiya etdilər - FOTO
-
Ekologiya07:15
Bu günün hava proqnozu AÇIQLANDI
-
Magazin107:08
Xatirənin qardaşı təcili əməliyyat olundu - FOTO
-
Magazin206:34
Yuri Şatunov ölüb, yoxsa öldürülüb?