İsraildə aksiyalar dayandırıldı: xalq dövlətin yanındadır
Bizi izləyin

Yaxın Şərq

İsraildə aksiyalar dayandırıldı: xalq dövlətin yanındadır

İsraildə bütün aksiyalar dayandırılıb.

Publika.az bu barədəd xarici KİV-ə istinadla xəbər verir.

Bildirilib ki, hücumlarla əlaqədar xalq dövlətə dəstək verdiyini və cəza tədbirlərinin ən sərt formasını dəstəklədiyini bildirir.

Qeyd edək ki, İsrail Ordusu Qəzza zolağında HƏMAS qruplaşmasına aid 2 yeraltı tunel və 2 silah istehsalı obyektinə hücum edildiyini açıqlayıb.

Xatırladaq ki, aprelin 6-da qonşu ölkənin ərazisindən İsrailin şimalına - Livanla sərhədə yaxın əraziyə azı 34 raket atılıb. Onlardan 25-i “Dəmir qübbə” raketdən müdafiə sistemi tərəfindən ələ keçirilib. “The Times of Israel” yazıb ki, azı üç nəfər yaralanıb. Nəşr bildirib ki, bu, Livan ərazisindən 2006-cı ildən, İsraillə şiə “Hizbullah” qruplaşması arasında müharibədən sonra ən kütləvi zərbədir. 2021-ci ildə o, ölkənin şimalına 19 raket atıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm