Yaxın Şərq
Türkiyə ilə Misir yaxınlaşır: Aralıq dənizində enerji logistikasının xərcləri azala bilər

Ankara və Qahirə arasında münasibətlərin istiləşməsi enerji sahəsində əməkdaşlıq üçün geniş perspektivlər aça bilər, xüsusən də Şərqi Aralıq dənizində enerji resurslarının təhlükəsiz və daha az xərclə daşınması sahəsində.
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin “Axşam” qəzetindəki təhlildə bildirilir.
Türkiyə prezidentinin administrasiyası bildirib ki, Prezident Ərdoğan bazar günü G20 sammiti çərçivəsində misirli həmkarı Əbdülfəttah əs-Sisi ilə uzun illərdən sonra ilk dəfə danışıqlar aparıb və iki ölkə arasında münasibətlərdə yeni dövrün başlandığını elan edib. Danışıqlar zamanı prezidentlər Ankara ilə Qahirə arasında ikitərəfli əlaqələr, ticarət dövriyyəsinin artırılması, enerji sektorunda mümkün əməkdaşlıq və müxtəlif regional və qlobal məsələləri müzakirə ediblər.
"Ankara ilə Qahirə arasında münasibətlər yeni müstəviyə keçir. İki ölkə arasında yaxınlaşma 2022-ci ildə Türkiyə və Misir prezidentlərinin əl sıxması ilə (Qətərdə keçirilən futbol üzrə dünya çempionatında - red.) başlayıb. Bu baxımdan bir çox mütəxəssislər “qarşılıqlı inkişaf etməkdə olan əlaqələrin hər iki ölkəyə fayda gətirmək üçün böyük potensiala malik olduğunu və xüsusilə Şərqi Aralıq dənizi enerji ehtiyatlarının təhlükəsiz və sərfəli daşınmasında əhəmiyyətli imkanlar təqdim etdiyini söyləyirlər", - qəzet yazır.
Qəzet Şərqi Aralıq dənizində “hər iki ölkənin maraqlarına cavab verən” qaz kəşfiyyatı sahəsində Ankara ilə Qahirə arasında mümkün əməkdaşlığa diqqət yetirir. Əlavə edilir ki, iki ölkə arasında 2021-ci ildə 6,7 milyard dollar olan ticarət dövriyyəsinin həcmi 2022-ci ildə 14% artaraq 7,7 milyard dollara çatıb.
Mehti

-
İnanc19:48
Ramazanın 22-ci günü: Dua, imsak və iftar vaxtı
-
Qoroskop19:00
Aprelin bu günlərində bütün vacib iş və məclisləri təxirə salın - XƏBƏRDARLIQ
-
Cənubi Qafqaz17:45
Paşinyanın Türkiyə planı: Bu yolla sərhədin açıq qalmasına çalışacaq
-
Sağlamlıq16:45
Narkoloqdan xəbərdarlıq: Siqaret tüstüsünün tərkibində...
-
Region15:31
İranın ali dini liderindən ABŞ-a "ağır şillə"...
-
Nida Xəbər 14:40
Putin İlham Əliyevi təbrik etdi
-
Sosial13:53
Anası həmin körpədən imtina etdi - Rəsmi
-
Sosial13:00
Sabah yağış intensivləşəcək, dolu düşəcək