Yaxın Şərq
İsrail kəşfiyyatının yol verdiyi ölümcül səhv: Ritter açıqladı
ABŞ Silahlı Qüvvələrinin keçmiş kəşfiyyatçısı Skott Ritter İsrail kəşfiyyatının etdiyi əsas səhvlərdən birinin süni intellektə olan inamın olduğunu qeyd edib.
Publika.az xəbər verir ki, o, bu barədə “Consortium News” üçün yazdığı məqalədə bildirib. Onun sözlərinə görə, İsrail kəşfiyyatı “Divar Mühafizəsi” əməliyyatında süni intellektin rolu ilə açıq öyünməklə ölümcül səhvə yol verib.
“Tamamilə mümkündür ki, HƏMAS İsrail nümayəndələri tərəfindən toplanan məlumat axınına nəzarət edə bilər”, - Ritter bildirib.
O, İsrail kəşfiyyatının Qəzza zolağında kəşfiyyat məlumatlarının toplanmasına milyardlarla dollar xərclədiyinə aydınlıq gətirib. İsrailin elektron kəşfiyyat bölməsi mobil telefon zəngləri, mətn mesajları və elektron məktubları toplayıb. Kəşfiyyaty peykdən fotoşəkillər çəkdi və dronlardan istifadə edərək müşahidə apardı.
“Onlarda insan ağlına əsaslanan standart analiz üsulları ilə artıq emal oluna bilməyən çox böyük miqdarda məlumat var idi. Buna görə də İsrail süni intellektə arxalanırdı”, - keçmiş kəşfiyyatçı vurğulayıb.
-
MDB09:53Paşinyan gələn ay Rusiyaya üç dəfə səfər edəcək
-
Hadisə09:28Füzulidə dəhşətli qəza 3 nəfərin ölümünə səbəb oldu
-
Dünya08:45Dünya 13 noyabrda məhv olmalı idi... - Alimlərin proqnozu niyə özünü doğrultmadı?
-
ABŞ07:55ABŞ-da təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edildi - Yeniləndi
-
Sosial07:35Sumqayıtda ilkin mərhələdə hansı evlər söküləcək? - Video
-
Ekopublika.az05:45Azərbaycanda alış-veriş xərcləri - Ayda 560 manat hara gedir?
-
Qoroskop00:45Günün ulduz falı: Qısa səfər planları gündəmə gələ bilər
-
Kriminal13 Noyabr 23:35Azərbaycanda zavodda qanlı olay: 54 yaşlı kişi bıçaqlandı















.jpg)







.png)









