Fələstin Prezidenti Qəzzaya buraxılmadı
Bizi izləyin

Yaxın Şərq

Fələstin Prezidenti Qəzzaya buraxılmadı

İsrail Fələstin Prezidenti Mahmud Abbasın Qəzza zolağına səfərinə icazə verməyib.

Publika.az xəbər verir ki, bu barədə Fələstin Prezidentinin beynəlxalq əlaqələr üzrə müşaviri və onun xüsusi nümayəndəsi, nazir Riyad əl-Maliki bildirib .

“Biz icazə istəmədik. Prezidentin Qəzzaya gedəcəyini açıqladıq. Daha sonra İsrailin cavabı gəldi və bildirdi ki, onlar prezident Mahmud Abbasın Qəzzaya girməsinə icazə verməyəcəklər”, - məlumatda deyilir.

Xatırladaq ki, bundan əvvəl Abbasın Qəzza zolağına səfər etmək niyyətində olduğu xəbəri yayılıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm