İsrailin "Hizbullah" hədəflərinə irimiqyaslı hücumu: ölənlərin sayı 500-ə çatır - YENİLƏNDİ
Bizi izləyin

Yaxın Şərq

İsrailin "Hizbullah" hədəflərinə irimiqyaslı hücumu: ölənlərin sayı 500-ə çatır - YENİLƏNDİ

İsrailin Livanın cənub və şərqində məskunlaşan ərazilərə endirdiyi aviazərbələr nəticəsində ölənlərin sayı açıqlanıb.

Publika.az xəbər verir ki, son məlumatalara əsasən, ölənlərin sayı 492-yə, yaralıların sayı isə 1645-ə çatıb.

***

İsrailin Livanın cənub və şərqində məskunlaşan ərazilərə endirdiyi aviazərbələr nəticəsində ölənlərin sayı artıb.

Publika.az xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Hazırda ölü sayının 325 olduğu bildirilib. Yaralılar isə 1 200 nəfərdən çoxdur.

***

İsrail Silahlı Qüvvələrinin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində 274 nəfər həlak olub, mindən çox insan yaralanıb.

Publika.az xəbər verir ki, bu barədə Livanın səhiyyə naziri Firas Abyad bildirib.

“Ölənlərin sayı 274 nəfərə çatıb, 1 024 nəfər isə yaralanıb", - o qeyd edib.

***

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə çoxsaylı zərbələr endirir.

Publika.az xəbər verir ki, bu barədə IDF-nin mətbuat xidmətinin "Telegram"kanalında deyilir.

"IDF hazırda Livanda “Hizbullah” terror təşkilatına məxsus terror hədəflərinə genişmiqyaslı zərbələr endirir”, - deyə məlumatda bildirilir.

Hücumla bağlı təfərrüatların daha sonra təqdim edəcəyi bildirilib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm