İsraildən "Hizbullah"a SARSIDICI ZƏRBƏ: daha bir komandir öldürüldü
Bizi izləyin

Yaxın Şərq

İsraildən "Hizbullah"a SARSIDICI ZƏRBƏ: daha bir komandir öldürüldü

İsrail Hərbi Hava Qüvvələri Beyruta raket zərbəsi endirib, nəticədə Livan "Hizbullah"ının raket qüvvələrinin komandiri İbrahim əl-Qubaisi məhv edilib.

Publika.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin ( IDF ) mətbuat xidməti məlumat yayıb.

"Onunla birlikdə bu terror təşkilatının raket birləşmələrinin digər aparıcı liderləri də hücuma məruz qalıb", - məlumatda qeyd edilir.

IDF-nin məlumatına görə, İbrahim əl-Qubaisi raket birləşmələrinə komandanlıq edib və uzun illər "Hizbullah"ın İsraildəki zərbələrinə cavabdeh olub.

Çərşənbə axşamı İsrail Müdafiə Qüvvələri Livandakı "Hizbullah" hərbi hədəflərinə qarşı yeni irimiqyaslı zərbə dalğasının başladığını elan edib.

Sentyabrın 23-də İDF Livanda "Hizbullah"ın hərbi infrastrukturuna qarşı “önləyici hücum əməliyyatı”na başladığını elan edib . Əməliyyat “Şimal oxları” adlanıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm