“Hizbullah” MOSSAD qərargahına raket atdı: "siren"lər işə düşdü
Bizi izləyin

Yaxın Şərq

“Hizbullah” MOSSAD qərargahına raket atdı: "siren"lər işə düşdü

Livandakı Hizbullah qruplaşması sentyabrın 25-i səhər saatlarında İsrail kəşfiyyat xidmətinin Təl-Əviv yaxınlığındakı qərargahına “Qader 1” ballistik raketinin buraxıldığını elan edib.

Publika.az xəbər verir ki, bu barədə “The Times of Israel” yazıb.

İsrail mətbuatının məlumatına görə, buraxılan raket “David's Sling” raket əleyhinə kompleksi sayəsində zərərsizləşdirilib.

Qeyd olunur ki, raketin Təl-Əvivdə, eləcə də İsrailin mərkəzi hissəsindəki bir çox başqa şəhərlərdə buraxılması səbəbindən "siren" işə salınıb. Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Livan mediasının məlumatına görə, İsrail artıq üçüncü gündür ki, Livanın cənub və şərqindəki Hizbullah hədəflərinə hava zərbələri endirib. Bu arada, İsrailin baş naziri Benyamin Netanyahunun BMT Baş Assambleyası üçün Nyu-Yorka səfəri yenidən təxirə salınıb. Onun ofisi əlavə edib ki, baş nazir sabah ABŞ-a uçacaq və şənbə günü axşam İsrailə qayıdacaq.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm