ABŞ İsrailə xəbərdarlıq etdi: genişmiqyaslı müharibə olacaq
Bizi izləyin

Yaxın Şərq

ABŞ İsrailə xəbərdarlıq etdi: genişmiqyaslı müharibə olacaq

ABŞ İsrailə xəbərdarlıq edib ki, Livan Hizbullah hərəkatının baş katibi Həsən Nəsrullahın məhv edilməsi Yaxın Şərqdə genişmiqyaslı müharibəyə səbəb ola bilər.

Publika.az xəbər verir ki, bu barədə "Washington Post" yüksək rütbəli Amerika və İsrail rəsmilərinə istinadən yazır.

“ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahuya zəng edərək ona deyib ki, Nəsrullahın aradan götürülməsi regional müharibəyə səbəb olacaq”, - nəşr qeyd edib.

WP əlavə edib ki, Fələstinin HƏMAS hərəkatının ötən il oktyabrın 7-də baş vermiş hücumlarından əvvəl də İsrail hərəkatın zərbəsindən qorxduğu üçün Hizbullaha qarşı qabaqlayıcı zərbə endirməyi və onun lideri Nəsrullahı məhv etməyi planlaşdırırdı. Qəzetin yazdığına görə, ABŞ Hizbullahın rəhbərliyinə hücumu dayandırmağı xahiş edib.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm