Yaxın Şərq
Bəşər Əsədin və nazirlərin harada olduqlarını bilmirəm - Suriyanın Baş naziri
Suriyanın Baş naziri Məhəmməd Qazi əl-Cəlali bildirib ki, o, prezident Bəşər Əsədin, müdafiə naziri Əli Mahmud Abbasın və xarici işlər naziri Feysəl Miqdadın harada olduğunu bilmir.
Publika.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
Nazir Əsədlə sonuncu dəfə ötən gecə əlaqə saxlayıb və vəziyyəti ona çatdırıb. Onun sözlərinə görə, prezidentin ona dediyi son söz “Sabah görəcəyik” olub.
"Reuters" bildirir ki, Suriya Prezidenti Bəşər Əsəd dekabrın 8-də üsyançılar paytaxta daxil olduqdan sonra Dəməşqdən qaçıb.
Onun təyyarəsi naməlum istiqamətdə havaya qalxıb. Suriya ordusu komandanlığı Əsədin 24 illik hakimiyyətinin başa çatdığını açıqlayıb.
Suriyanın Baş naziri isə öz evində qaldığını və hökumətin davamlılığını qorumağa hazır olduğunu bildirib. O, həmçinin xalqın seçdiyi istənilən rəhbərliklə əməkdaşlığa hazır olduğunu diqqətə çatdırıb.
Ləman
-
Sosial16:26Əsgəran Silah Muzeyi yaradılır
-
Rəsmi xronika15:52İlham Əliyev Qazaxıstanda təməlqoyma mərasimində iştirak etdi
-
Sosial14:42Əli Əsədov “Bakı Metropoliteni” ilə bağlı sərəncam imzaladı
-
MDB14:07Bu türk dövlətində məmurlara işə pencəksiz gəlməyi əmr etdilər - Səbəb nədir?
-
ABŞ13:00Maduro belə şəraitdə saxlanılır: Bu dili öyrənir, kitab oxuyur - Oğlu danışdı
-
Rəsmi xronika12:48İlham Əliyev Qazaxıstana getdi - Foto
-
Sosial12:45Yağış yağacaq - PROQNOZ
-
Dünya12:18Tramp Çində paylaşımlar edə bilmədi: Onun telefonunu əlindən niyə alıblar?





































.jpg)



