Yaxın Şərq
Bu ölkə 13 ildən sonra Suriyaya qayıdır: Səfirlik açılır
Qətər 2011-ci ildə bağlandıqdan 13 il sonra Suriyada səfirliyini tezliklə açacaq.
Publika.az QNA-ya istinadən xəbər verir ki, bu barədə əmirliyin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid əl-Ənsari bildirib.
“Qətər səfirliyi lazımi prosedurlar başa çatdıqdan sonra tezliklə Suriyada fəaliyyətini bərpa edəcək”, - deyə o qeyd edib.
Qətər Xarici İşlər Nazirliyinin nümayəndəsinin sözlərinə görə, diplomatik missiyanın fəaliyyətinin bərpası Doha və Dəməşq arasında koordinasiyanı gücləndirəcək və bu, hava dəhlizi ilə Suriya xalqına humanitar yardım axınını asanlaşdıracaq.
Bildirilir ki, Qətərin Dəməşqdəki səfirliyi 2011-ci ildə Doha xalq etirazlarının sərt şəkildə yatırılmasına görə Bəşər Əsəd hökuməti ilə diplomatik əlaqələri kəsəndə bağlanıb.
Adəm Abbaslı
-
Magazin200:30Türk aparıcı 11 saat qaranlıq qutuda qaldı
-
Magazin214 Noyabr 22:48Emma kameralar qarşısında yıxıldı - FOTO
-
Art14 Noyabr 22:00Qızından sabiq nazirlə bağlı paylaşım - FOTO
-
İdman14 Noyabr 21:24Sambo üzrə idman ustası başından güllələndi
-
İdman14 Noyabr 21:12Futbol matçında dava: Vitse-prezident rəqiblə əlbəyaxa oldu
-
Sosial14 Noyabr 21:00Ramiz Mehdiyevin qızının vəkili həbs edildi
-
İdman14 Noyabr 20:36Dünya çempionu prezidentliyə namizəd oldu
-
Magazin114 Noyabr 20:12Rus müğənni Bakıda azərbaycanlı iş adamı ilə ailə qurdu



























.png)










