Yaxın Şərq
Əsəd Suriyadan belə qaçıbmış - Detallar açıqlandı
Suriyanın keçmiş prezidenti Bəşər Əsəd onun Latakiya əyalətindəki Rusiyanın Xmeymim aviabazasına təhlükəsiz hərəkətini təşkil edən rus kəşfiyyatçılarının birbaşa köməyi ilə ölkədən qaça bilib.
Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.
Mənbələr təsdiqləyib ki, Əsədin təyyarəsi islamçıların hava hücumundan müdafiə vasitələri ilə izlənilməməsi və vurulmaması üçün transponderləri söndürülmüş halda Dəməşqdən Xmeymim istiqamətinə uçub.
Dekabrın 8-də Əsədin ölkəni naməlum istiqamətdə tərk etdiyi bildirilir. Adı açıqlanmayan Suriya ordusunun yüksək rütbəli zabitləri onun təyyarəyə minərək Dəməşqdən havaya qalxdığını bildiriblər. “Flightradar 24” xidmətinin məlumatına görə, havaya qalxdıqdan bir müddət sonra təyyarə radarlardan itib.
Sonradan məlum oldu ki, Əsəd dekabrın 8-i axşam saatlarında Moskvaya gəlib.
Tural
-
Sağlamlıq04:14Zefirin elə faydaları üzə çıxdı ki...
-
Maraq dünyası03:43Üzünüzə gülən hər kəs dost deyil - Gizli düşmənçiliyi büruzə verən 7 davranış
-
İdman00:25“Qarabağ” - “Neftçi” oyunu zamanı insidentə cəhd edən 19 azarkeş saxlanıldı
-
Qoroskop00:15Günün ULDUZ FALI: Sevdiyiniz insan evə sürprizlə gələ bilər
-
İdman17 Oktyabr 23:48Azərbaycan Dünya Çempionatına hazırlaşır - VİDEO
-
Art17 Oktyabr 23:36“Artıq müharibəyə aid dünyaya çıxaracağımız film var!” - VİDEO
-
Ekologiya17 Oktyabr 22:48Bu şəhərdə 103 illik temperatur rekordu qırıldı
-
Magazin117 Oktyabr 22:00Şəxsi brendi üçün açıq-saçıq pozalar verdi - FOTO






































