Yaxın Şərq
Türk xilasedicilər "ƏSƏDİN QƏSSABXANASI"NDA - Oradan nələr tapılıb? / VİDEO
"Bütün bina və bütün palatalar axtarıldı. Nəticədə heç bir canlıya rast gəlinmədi. Binanın içərisində basdırılmış məhbus tapılmadı".
Publika.az "TRT Haber"ə istinadla xəbər verir bunu AFAD rəhbəri Okay Memiş deyib.
O deyib ki, bölgəyə yerli səlahiyyətlilərin Türkiyənin Dəməşq səfirliyinə etdiyi müraciət əsasında gedilib və bu gün həbsxanada axtarış-xilasetmə işlərinə başlanılıb.
"Binanın 3 sektorunda 120 personal, 4 axtarış-xilasetmə iti, 43 nəqliyyat vasitəsi, texnoloji cihaz və avadanlıqla işlərimizi yekunlaşdırdıq. Heç bir canlı izi tapılmadı", - o əlavə edib.
Memiş qeyd edib ki, binanın bütün mərtəbələrini, hücrələrini, palatalarını və binanın hər bir hissəsini çox diqqətlə və dəqiqliklə yoxlayıblar:
"Bununla belə, işimizi davam etdiririk. İşarələrdə aydın şəkildə göstərdiyi kimi, minalanmış ərazi də var. Ona görə də bu açıq sahədə işimizdə daha diqqətli olmalıyıq. Bu minalanmış ərazi tam təmizləndikdən sonra yerli icra hakimiyyəti ilə birgə gələcəkdə ətraflı axtarış işlərini davam etdirə bilərik".
AFAD Başkanı Okay Memiş: Binanın tamamı, tüm koğuşlar tarandı. Neticede herhangi bir canlıya rastlanmadı. Bina içerisine gömülmüş herhangi bir mahkuma rastlanmadı. pic.twitter.com/5Qkj1prluV
— TRT Haber Canlı (@trthabercanli) December 17, 2024
Hüseyn İbadlı
-
İdman21:26Gürcünü döyən Nurməhəmmədov və dostları həbs edildilər
-
Kriminal19:50Süni intellektlə hazırladığı görüntülərlə tələbələri şantaj etdi, saxlanıldı - Video
-
Elm və təhsil18:40Universitetlərə 5 illik xüsusi status veriləcək - Tələblər təsdiqləndi
-
ABŞ17:18Tramp Vensi İran danışıqlarından kənarlaşdırdı - Səlahiyyətləri dəyişdirildi
-
Sosial15:24Arif Mirzəyevin nəşi Azərbaycana gətirilir
-
MDB14:36Moskvada jurnalistin avtomobili partladıldı - Yanukoviçin adamıdır
-
Sosial14:21Bakıda baş redaktor həbs edildi - FOTO
-
Region12:54İranın üçdə biri qazsız qalıb: Nazir müavini ağır günlərin olacağını bildirdi







































