Yaxın Şərq
Suriyada ölkənin əsas neft emalı zavodu BAĞLANDI
Suriyanın Baniyas şəhərindəki ən böyük neft emalı zavodu İrandan xam neft nəqlinin kəsilməsindən sonra fəaliyyətini müvəqqəti olaraq dayandırıb.
Publika.az xəbər verir ki, bu barədə şirkətin baş direktoru İbrahim Musallem "Financial Times" qəzetinə müsahibəsində bildirib.
Zavodun işləmə gücü sutkada 90-100 min barel xam neft təşkil edir, emal olunmuş neftin 90%-ə qədəri İrandan, qalan həcm isə Suriyada devrilmiş Əsəd hökumətinin nəzarətində olan yataqlardan təmin edilir.
Qeyd edilib ki, neftin emalı üçün sonuncu tədarükü dekabrın 13-də olub və hazırda zavodda cari təmir işləri aparılır.
Musəllim bildirib ki, ölkənin yeni hökuməti onu Dəməşqdən sanksiyaların ləğvi barədə məlumatlandırıb - Baniyas neft emalı zavoduna neft başqa mənbələrdən tədarük ediləcək. Hums şəhərində daha kiçik tutumlu başqa bir neft emalı zavodu fəaliyyət göstərir.
Hüseyn İbadlı
-
Nida Xəbər 13:08Aşqabadda Leyla Əliyevanın üçtərəfli görüşü oldu
-
Nida Xəbər 12:45Binəqədi rayonuna yeni prokuror təyin edildi
-
Nida Xəbər 12:08Bunu edən MAXE-lər həbs olunacaq
-
Dünya10:36Tramp Fransanın "fatihə"sini verdi: Paris tezliklə müsəlman şəhəri olacaq
-
Sosial09:48Bu şəxslər maaşları qədər pensiya alacaq
-
MDB09:36Moldovada Ukraynanın daha iki sərhədçisi saxlanıldı: Nə baş verir?
-
Ekopublika.az08:1275 faizlik vergi güzəştinin vaxtı bitir - Nə dəyişəcək?
-
ABŞ07:55Pentaqon rəhbərinin İsrailə gizli səfəri: Netanyahu ilə görüşdü


























.jpg)








