Yaxın Şərq
Yekun layihə təhvil verildi: İsrail Sinvarın cəsədini qaytaracaq?
İsrail Yəhya Sinvarın cəsədini atəşkəsə son qoymaq və girovları azad etmək üçün mümkün razılaşma çərçivəsində HƏMAS-a qaytarmaq niyyətində deyil.
Publika.az xəbər bu barədə İsrailin “Ynet” portalı məlumat verib. Bundan əvvəl “Əl Ərəbiyyə” telekanalı Fələstin tərəfinin Qəzza razılaşmasının birinci mərhələsi çərçivəsində Sinvarın cənazəsinin təhvil verilməsini tələb etdiyini bildirmişdi.
KİV-in məlumatına görə, yanvarın 13-də səhər Dohada məsləhətləşmələrdən sonra Qətər sazişin yekun layihəsini tərəflərə təhvil verib.
“Buraya fələstinli məhbuslar müqabilində girovların azad edilməsi, atəşkəs və anklavın idarə olunması üçün yeni sistem üzrə müzakirələrin daxil olduğu üç mərhələli saziş daxildir”, - “Əl Ərəbiyyə” bildirib. Lakin HƏMAS sənədi şərh etməyib.
Yəhya Sinvar 2017-ci ildən Qəzza zolağında HƏMAS-a rəhbərlik edirdi və Tehranda İsmayıl Haniyənin öldürülməsindən sonra hərəkatın siyasi bürosunun rəhbəri seçilmişdi. Sinvar 2024-cü il oktyabrın 16-da İsrailin xüsusi hərbi əməliyyatı zamanı öldürülüb.
Yanvarın 13-də “The Wall Street Journal” xəbər verib ki, yaraqlılar HƏMAS-ın kollektiv rəhbərliyini tanımaqdan imtina edərək, Yəhya Sinvarın kiçik qardaşı Məhəmməd Sinvarı lider seçiblər.
Tural
-
Nəqliyyat22:35İldırımlı havaya görə AZAL-ın bu uçuşları LƏĞV OLUNDU
-
Magazin222:12Ali Ağaoğlu 72 yaşında 6-cı dəfə ata olacaq
-
Magazin221:00Türkiyədə daha 8 məşhurun BAŞI DƏRDDƏ
-
Sosial19:24Sabiq başçının oğluna aldığı "Range Rover" BU QİYMƏTƏ SATILDI
-
Kriminal19:12Əvvəl xalası oğlunu bıçaqladı, sonra arvadını öldürdü - Dəhşətli qətlin TƏFƏRRÜATI
-
Dünya17:35ABŞ və İran arasında müharibə bu tarixdə yenidən alovlana bilər - Patrik Uolş
-
MDB16:54Rusiya Ermənistana nota verdi
-
Sosial15:56"WhatsApp"da yeni funksiya: Bir dəfə oxunan mesajlar






































