Yaxın Şərq
İsrail əsirlərlə bağlı mühüm məlumat yaydı
İsrail Baş naziri Binyamin Netanyahunun ofisi Qəzza zolağından olan ilk əsirlərin planlaşdırıldığı kimi yanvarın 19-dan etibarən azadlığa çıxacağını təsdiqləyib.
Publika.az xəbər verir ki, bu haqda “The Times of Israel” məlumat yayıb.
Məlumata görə, HƏMAS-la İsrail tərəfi arasında əldə olunmuş razılaşmaya əsasən, bazar günü HƏMAS üç əsiri azad etməlidir. Razılaşmanın ilkin mərhələsində qruplaşma ümumilikdə 33 əsiri sərbəst buraxmağı öhdəsinə götürüb. Həmin şəxslərin siyahısı artıq İsrail mətbuatında dərc olunub.
Öz növbəsində İsrail Ədliyyə Nazirliyi razılaşmanın birinci mərhələsində İsrail həbsxanalarından azad ediləcək 95 fələstinli məhbusun adlarının siyahısını açıqlayıb. Nazirlik bildirib ki, bu, tam siyahı deyil və yalnız birinci mərhələyə aiddir. Tam siyahı hökumət sazişi təsdiqlədikdən sonra açıqlanacaq.
Qeyd edək ki, HƏMAS-la İsrail arasında əldə olunmuş barışıq haqda saziş İsrailin hərbi-siyasi kabineti və nazirlər kabineti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək.
-
Avto05:15Ən ucuz avtomobil 2030-cu ilə qədər yoxa çıxa bilər - FOTO
-
Sosial04:14Mətanət Qarayeva vəzifəsindən azad edildi
-
Magazin101:11Bu il də finala keçə bilmədik
-
Magazin100:30Təmsilçimiz ikinci yarımfinalda çıxış etdi - VİDEO
-
İdman00:15İran millisi önündə böyük əngəl - Dünya çempionatını buraxa bilər
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu istək sizi yeni istiqamətlərə aparacaq
-
Magazin114 May 23:36İlon Mask Pekində keçirilən ziyafətdə hərəkətləri ilə gündəm oldu - VİDEO
-
İdman14 May 23:24PSJ-nin ulduzlarının xanımları ilə çempionluq FOTOSU


































.jpg)


