Yaxın Şərq
Prezident baş nazir postuna namizədin adını açıqlayacaq
İsrail Prezidenti İsxak Hersoq noyabrın 8-i, bazar günü hökumət başçısı vəzifəsinə namizədin adını açıqlayacaq.
Publika.az xəbər verir ki, o, bu barədə cümə axşamı videomüraciətində məlumat verib və həmin vaxta qədər siyasi partiyaların liderləri ilə əlavə məsləhətləşmələr aparacağını bildirib.
Cümə axşamı daha əvvəl Knessetdə ümumilikdə 67 mandat qazanmış partiyalar hökumətin formalaşdırılmasını müxalifət lideri Qadi Ayzenkota həvalə etməyi tövsiyə ediblər. Daha bir neçə partiya isə 46 mandatla hazırkı Baş nazir Benyamin Netanyahunun namizədliyini dəstəkləyib.
Hersoq məsləhətləşmələrin nəticələrinin ilk baxışdan aydın görünə biləcəyini etiraf etsə də, siyasi qüvvələr arasında mövcud fikir ayrılıqlarının hələlik sabit hökumət formalaşdıra biləcək namizədin müəyyənləşdirilməsinə imkan vermədiyini vurğulayıb.
Prezidentin sözlərinə görə, vəziyyətə aydınlıq gətirmək üçün bəzi partiya liderləri ilə şəxsən görüşmək niyyətindədir. Hersoq bazar günü Knesset üzvlərindən birinə yeni hökuməti formalaşdırmağı həvalə etməyi planlaşdırır.
Hüseyn İbadlı
-
Ekologiya07:30Leysan, dolu, qar - Bu günün havası
-
Magazin107:17İradə İbrahimova: “Qadın evlidir, amma başqasını sevir”
-
Avropa05:15Ukrayna ilə bağlı qorxulu proqnoz
-
Dünya04:44Suyun altında dava düşdü - VİDEO
-
İdman02:12Avropa Liqası: "Milan" öz meydanında uduzub, "Yuventus" isə...
-
Magazin201:11Məşhur müğənninin model sevgilisi dərin dekolteli libasda - FOTO
-
Qoroskop00:15Günün ULDUZ FALI - Qazanc fürsətləri qarşınıza çıxa bilər
-
Avropa5 Noyabr 23:12NATO qoşunları Latviyada inəklərə zərbələr endirdi


























.jpg)











.jpg)

