Hörmüzdə tanker minaya düşdü
Bizi izləyin

Yaxın Şərq

Hörmüzdə tanker minaya düşdü

Hörmüzdə tanker minaya düşdü

Hörmüz boğazının şərq hissəsində minaya düşən tanker yanmağa başlayıb.

Publika.az "Al Jazeera"ya istinadən xəbər verir ki, bu barədə İranın Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Qeyd olunub ki, gəmi boğazın qadağan olunmuş hissəsi ilə hərəkət edib.

İran tərəfinin iddiasına görə, gəmidə naviqasiya sistemləri söndürülüb, heyət isə dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymayıb.

Zərərçəkənlər barədə məlumat daxil olmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm