Yaxın Şərq
İranın hərbi arsenalı yenidən güclənir: Ayda 50 raket istehsal edir
İran ərazisinə endirilən çoxsaylı zərbələrə baxmayaraq, ölkə ballistik raket istehsal etmək imkanını qoruyub saxlayır.
Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Qərb kəşfiyyat xidmətlərinin qiymətləndirməsinə görə, İran ayda təxminən 50 ballistik raket istehsal edə bilir. Bu, müharibədən əvvəlki istehsal gücünün təxminən yarısıdır. Bildirilir ki, bu imkan Tehrana hərbi əməliyyatlar yenidən başlayacağı təqdirdə güclü cavab zərbəsi endirmək imkanı verir.
Məlumata əsasən, hazırda İranın arsenalında azı 1700 ballistik raket ola bilər. Bununla belə, raket ehtiyatlarının artırılma tempi ABŞ-ın İrana qarşı hərbi əməliyyatına qədərki dövrlə müqayisədə iki dəfə aşağıdır.
Nəşr qeyd edir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) çərşənbə axşamı yeni yeraltı “raket şəhəri”ni nümayiş etdirdiyi bildirilən videoyazı da yayıb.
Müəllif: Adəm
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO
-
Ekologiya07:17Bu gün yağış yağacaq - PROQNOZ
-
İdman06:46Fransa millisinin yarımmüdafiəçisi zədələndi






















.png)
















