İran və husilər ABŞ-ın hərbi gücünü təhlükəyə atıblar
Bizi izləyin

Yaxın Şərq

İran və husilər ABŞ-ın hərbi gücünü təhlükəyə atıblar

İran və husilər ABŞ-ın hərbi gücünü təhlükəyə atıblar

Ballistik raketlərin ucuzlaşması və dəqiqliyinin artması İran və Yəməndəki husilərə ABŞ və onun müttəfiqlərinin Yaxın Şərqdəki hərbi obyektlərinə ciddi zərbə endirmək imkanı verib.

Publika.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri yazıb.

Nəşrin məlumatına görə, İranın zərbələri nəticəsində ABŞ Fars körfəzindəki bir sıra mühüm hərbi obyektlərindən istifadəni dayandırmağa məcbur olub. Husilər isə Səudiyyə Ərəbistanının hava limanlarını və enerji obyektlərini hədəf almaqda davam edirlər.

Mütəxəssislər bildiriblər ki, ABŞ və müttəfiqləri ballistik raketlərə qarşı əsas müdafiə vasitələri olan “Patriot” və THAAD sistemləri üçün ələkeçirici raket çatışmazlığı ilə üzləşirlər. Bu silahların istehsalı artan tələbatı qarşılaya bilmir.

Nəşrin təhlilinə görə, mövcud vəziyyət ABŞ-ın xaricdəki hərbi bazalar şəbəkəsinin təhlükəsizliyini və ümumilikdə Vaşinqtonun hərbi strategiyasını yenidən nəzərdən keçirməsini zəruri edir. Çin, Rusiya və Şimali Koreyanın daha böyük ballistik raket arsenalına malik olması isə narahatlığı artırır.

Mütəxəssislər hesab edirlər ki, yaxın illərdə ABŞ hərbi bazalarının yerləşdirilməsi zamanı raket hücumlarından müstəqil müdafiə imkanları əsas meyarlardan birinə çevriləcək.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm