Bu ölkədə 340 mindən çox insan məcburi köçkünə çevrildi
Bizi izləyin

Yaxın Şərq

Bu ölkədə 340 mindən çox insan məcburi köçkünə çevrildi

Bu ölkədə 340 mindən çox insan məcburi köçkünə çevrildi

Yəməndə husilər və hökumət qüvvələri arasında davam edən döyüşlər nəticəsində 340 mindən çox insan məcburi köçkünə çevrilib.

Publika.az xəbər verir ki, bu barədə BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) hesabatında bildirilib.

Hesabatda qeyd olunur ki, ölkədə davam edən döyüşlər və artan qeyri-sabitlik çoxsaylı insanları evlərini tərk etməyə məcbur edib.

Xatırladaq ki, oktyabr ayında BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Yəməndə 280 min məcburi köçkünün olduğunu açıqlamışdı. Təşkilat münaqişənin gərginliyinin azaldılmasına və döyüşlərdən zərər çəkmiş ərazilərə humanitar yardımın çatdırılmasına çağırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm