İsrail ordusu HƏMAS-ın yüksək rütbəli komandirini məhv etdi
Bizi izləyin

Yaxın Şərq

İsrail ordusu HƏMAS-ın yüksək rütbəli komandirini məhv etdi

İsrail ordusu HƏMAS-ın yüksək rütbəli komandirini məhv etdi

İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının yüksəkvəzifəli komandirinə zərbə endirdiklərini bəyan ediblər.

Publika.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

HƏMAS-dakı mənbələrin məlumatına görə, Xan Yunisdə endirilən hava zərbəsi nəticəsində hərəkatın silahlı qanadının yüksəkvəzifəli komandiri Samir Əbu Yunis həlak olub. İsrail tərəfi əlavə təfərrüat açıqlamayıb.

HƏMAS komandirin öldüyünü hələlik rəsmi şəkildə təsdiqləməyib.

Xatırladaq ki, İsrail ilə HƏMAS arasında Qəzza zolağında müharibənin aktiv mərhələsi 2023-cü ilin oktyabrında başlayıb. Daha sonra, 2026-cı ildə İsrail ABŞ ilə birlikdə İrana qarşı müharibəyə qoşulub.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm