Yaxın Şərq
İran: Nüvə məsələsi ilə bağlı detallar üzrə heç bir müzakirəmiz olmayıb
Yaxın Şərqdə hərbi və diplomatik gərginlik yüksələn xətt üzrə davam edir.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai mətbuat konfransında çıxış edərək Tehranın qonşu ölkələrə endirdiyi zərbələri BMT Nizamnaməsinin 51-ci maddəsi ilə əsaslandırıb.
O, İranın hücumlarının sırf müdafiə xarakteri daşıdığını və yalnız İrana zərbə endirmək üçün istifadə olunan ABŞ hərbi bazalarını hədəf aldığını bildirib.
Bəqayi həmçinin Körfəz ölkələrini ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına logistik dəstək verməkdə və öz ərazilərindəki bazalardan raket, PUA və təyyarələrin buraxılmasına şərait yaratmaqda ittiham edib. Sözçü bununla bağlı Tehranın əlində sübutların olduğunu və məsələnin diplomatik kanallarla ciddi şəkildə izləniləcəyini qeyd edib.
Nüvə məsələsinə də toxunan İran XİN rəsmisi Vaşinqtonla uranın zənginləşdirilməsinin dayandırılması və ya azaldılması ilə bağlı heç bir müzakirənin aparılmadığını qəti şəkildə bəyan edib: “Xeyr, biz indi ümumiyyətlə o mərhələdə deyilik. Bu müddət ərzində nüvə məsələsi ilə bağlı detallar üzrə heç bir müzakirəmiz olmayıb”.
-
ABŞ14:06The Wall Street Journal: "İranın 2500-ə qədər raketi var"
-
İqtisadi gündəm13:48Bu ərazilərdə su olmayacaq - XƏBƏRDARLIQ
-
Magazin213:33Can Yamana nə olub? - FOTOLAR
-
Magazin213:00Məşhur modelin alt paltarında poza verməsi gündəm oldu - FOTO
-
Ekologiya12:51Bakıda yağış, rayonlarda isə qar yağacaq - HAVA PROQNOZU
-
İdman09:47Millətlər Liqası: Fransa Türkiyəyə, İspaniya İngiltərəyə qarşı
-
Hadisə09:28Rəşad Məcidə ağır itki üz verdi
-
Səhiyyə08:36Qırmızı şərabın gizli təhlükəsi: Həkim həqiqəti açıqladı





















.png)















