Yaxın Şərq
Fars körfəzində neft daşıyan supertanker batdı
Fars körfəzinin cənub sularında mina səbəbindən baş verən partlayış nəticəsində 2 milyon bareldən çox neft daşıyan supertanker batıb.
Publika.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Məlumata görə, hadisə gəminin Hörmüz boğazını icazə verilməyən cənub marşrutu ilə gizli şəkildə keçməyə cəhd etdiyi zaman baş verib. Partlayış və güclü yanğından sonra batan tankerdən əlavə, eyni marşrutla hərəkət edən digər bir gəmidə də yanğın olduğu bildirilir.
İran tərəfi bölgədəki balıqçıları təhlükəsizlik tədbirlərinə riayət etməyə, gəmi sahibləri və şirkətlərini isə Hörmüz boğazının qadağan olunmuş zonasına yaxınlaşmamağa çağırıb.
-
Hadisə17:45Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi - FOTO
-
Səhiyyə17:10Daha bir həkim vəfat etdi - FOTO
-
Hadisə16:45Yataqxanada meyiti tapılan tələbə ilə bağlı ATU-dan açıqlama
-
Səhiyyə16:31Azərbaycanda gənc həkimin qəfl ölüm səbəbi bilindi - FOTO
-
Avropa15:54Rusiyanın "kölgə donanması"na qarşı əməliyyat: Gəmiyə desantla basqın edildi
-
ABŞ14:06The Wall Street Journal: "İranın 2500-ə qədər raketi var"
-
İqtisadi gündəm13:48Bu ərazilərdə su olmayacaq - XƏBƏRDARLIQ
-
Magazin213:33Can Yamana nə olub? - FOTOLAR




















.png)


















