Ər-Riyadda hava limanı və maliyyə mərkəz ballistik raketlə vuruldu
Bizi izləyin

Yaxın Şərq

Ər-Riyadda hava limanı və maliyyə mərkəz ballistik raketlə vuruldu

Ər-Riyadda hava limanı və maliyyə mərkəz ballistik raketlə vuruldu

Yəmənin “Ənsar Allah” hərəkatı (husilər) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən Kral Xalid adına Beynəlxalq Hava Limanına və maliyyə mərkəzinə iki ballistik raketlə zərbə endirib.

Publika.az xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Saria məlumat verib.

“Əməliyyat qarşıya qoyulan məqsədə uğurla nail olub”, — deyə husilərin nümayəndəsi bildirib.

Bundan əvvəl Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələrinin husilər tərəfindən Ər-Riyad və ölkənin cənub bölgəsi istiqamətində buraxılmış iki pilotsuz uçuş aparatını ələ keçirərək məhv etdiyi bildirilmişdi.

Koalisiya bununla bağlı başqa təfərrüat açıqlamayıb. Bəyanat Səudiyyə Ərəbistanının dəstəklədiyi husilərlə Yəmən hökumət qüvvələri arasında davam edən döyüşlər, eləcə də krallıq ərazisinə endirilən aviazərbələr və raket-dron hücumları fonunda səsləndirilib.

Yəməndə münaqişə 2014-cü ilin sonlarından, husilərin Səna şəhərini və ölkənin şimalının böyük hissəsini nəzarətə götürməsindən bəri davam edir. Bu, 2015-ci ildə Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanı beynəlxalq səviyyədə tanınmış hökuməti dəstəkləmək məqsədilə hərbi müdaxiləyə başlamağa vadar edib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm