Azərbaycanda bir evakuator iki avtomobil aparır - QAYDA POZUNTUSU - (VİDEO)
Bizi izləyin

Nəqliyyat

Azərbaycanda bir evakuator iki avtomobil aparır - QAYDA POZUNTUSU - (VİDEO)

Dəfələrlə qayda pozan evakuator sürücüləri barəsində xəbər vermişik. Xüsusilə də belə sürücülər ən çox yükdaşıması zamanı qaydaları pozurlar.

Dəfələrlə qayda pozan evakuator sürücüləri barəsində xəbər vermişik. Xüsusilə də belə sürücülər ən çox yükdaşıması zamanı qaydaları pozurlar. Növbəti belə qayda pozuntusu Gəncədə lentə alınıb. Bir evakuatorda iki minik maşını aparılır.

Görüntünü, şahidlərdən biri Gəncədə küçədə hərəkətdə olarkən çəkib ''Xəzər Xəbər''in votsap nömrəsinə göndərib. İki ''Oka'' markalı avtomobili evakuatorun yedəyinə alan sürücü heç bir təhlükəsizlik qaydasına əməl etməyərək hərəkət edir.

Avtomobillərdən biri perpentikuliyar şəklində olan avtomobil hərəkət zamanı az qalsın ki, yerə düşə. Hətta avtomobillərdən biri evakuatora bərkidilsə də digəri bağlanmayıb. Görüntünü izləyən yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, evakuator sürücüsü yol hərəkəti haqqında qanunun 57-ci maddəsini kobud pozub.

Ekspert bu qayda pozuntusuna görə evakuatro sürücüsünü yol hərəkəti haqqında qanunun 57-ci maddəsini, yəni yük daşıma qaydasını pozduğuna görə 40 manat cərimə oluna bilər.

Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Kamran Əliyev də yük daşınarkən onun çəkisinə, ölçüsünə yəni parametrlərinə diqqət edilməli olduğunu bildirdi. Şöbə rəisi, əgər avtomobil yedəyə möhkəm bərkidilibsə və yandan 40 sm, hündürlüyü 4 metr və arxa tərəfdən 1 metri keçmirsə daşınmanın qaydalara uyğun olduğunu dedi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm