• USD 1,7000 0,00% EUR 2,0531 -0,63%
    • GBP 2,3751 +0,01% RUB 0,0229 0,00%

Yeni çəkilmiş yol niyə çökdü? Nazirliklə “Azəravtoyol” qarşı-qarşıya

Yeni çəkilmiş yol niyə çökdü? Nazirliklə “Azəravtoyol” qarşı-qarşıya

Ekologiyavə Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov Publika.az-a Cəlilabadın Soltankənd kəndi ərazisində avtomobil yolunda baş vermiş çökmə də yeni baş vermiş proses olduğunu deyib.

Onun sözlərinə görə, oradakı çökmə texnogen və təbii amillərin təsirindən yaranıb: “Ərazidəki bir neçə yol yeni salınıb, həmin yollarda da tez-tez bu tip hadisələrə rast gəlinir. Çünki ərazinin geoloji quruluşu bu prosesin baş verməsinə münbit şərait yaradır. Həmin ərazilərdən keçən yollar bilavasitə gilli süxurların üzərində yerləşir. Bu, eyni zamanda maillilik də sürüşmənin baş verməsi üçün əlverişli hesab edilir. Texnogen müdaxilə, hər hansı infrasturuktur işinin həyata keçirilməsi və sürüşmənin qarşısını almaq üçün qabaqlayıcı tədbirlərin görülməməsi çökmə, sürüşmə hadisələrinə səbəb ola bilir. Həmin yol çəkilərkən bu proses nəzərə alınmadığına görə də yolda bu proses müşahidə edilib. Ərazidə oturmanın dərinliyi 3 metrə yaxındır”.

S.Əmiraslanov onu da əlavə edib ki, çökmə baş verən yolda təmir işlərinin aparılması doğru deyil: “Sürüşmə aktiv fazada olanda əraziyə müdaxilə edilməsi prosesin aktivləşməsinə səbəb ola bilər. Ərazidə mühəndis işinin həyata keçirilməsi ilə bağlı biz tərəfdən hələ ki, rəy verilməyib. Çünki hadisə yeni baş verib və çox geniş ərazini əhatə edir. Müvəqqəti yolun çəkilməsi mümkün ola bilər. Lakin yolun bərpası ilə bağlı təkliflərimiz yoxdur”.

***

Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun 17-ci kilometrliyində Soltankənd hissəsində yolun çökməsi səbəbindən yaranan problem tam aradan qaldırılıb.

Bu barədə Publika.az-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib. Onun sözlərinə görə, çökmə səbəbindən yalnız yolun müəyyən hissəsində hərəkət məhdudlaşmışdı. Ötən gecədən aparılan işlər nəticəsində hərəkət bərpa edilib, əlavə olaraq genişləndirilib.

A.Nəcəfli yeni çəkilmiş yolun çökmə səbəbinə də aydınlıq gətirib: “Həmin yolun çəkilişi 2014-15-ci illərdə rayon icra hakimiyyətinə vəsait ayrılıb. Yolun təmirini də İcra hakimiyyəti həyata keçirib. Lakin bu ildən qalan işlərin aparılması “Azəravtoyol” ASC-yə həvalə edilib. Yolda təmir işləri tam yekunlaşmayıb və hələ ki, təhvil verilməyib. Çökmənin yolun keyfiyyəti ilə bağlı olması isə araşdırmalıdır. Problem yolun keyfiyyəti ilə bağlı olarsa, həmin hissə “Azəravtoyol” tərəfindən yenidən bərpa ediləcək”.

Gülxar

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR