Cənub zonasında YOLLAR BAĞLANDI - SƏBƏB
Bizi izləyin

Nəqliyyat

Cənub zonasında YOLLAR BAĞLANDI - SƏBƏB

Azərbaycan ərazisində anomal hava şəraiti, yağıntılar bütün sürüşmə zonalarını aktivləşdirib.

Azərbaycan ərazisində anomal hava şəraiti, yağıntılar bütün sürüşmə zonalarını aktivləşdirib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə elmlər doktoru Starə Tarixəzəri Publika.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, buna səbəb suxurların yağış suyundan doymasıdır. O, respublikada ən təhlükəli sürüşmə zonaları haqqında da məlumat verdi: “Hazırda Şamaxı, İsmayıllı, Ağsu aşırımında, çay dərələrindən - Ağsu çayda, Göyçay çay dərəsində, Böyük Qafqazın şimal-şərq yamacında - Qusar, Quba, Xızı, Şabran, Siyəzəndə aktivlik müşahidə edilir. Həmçinin cənub rayonlarında da aktivləşmə müşahidə edilir. Yardımlı, Lənkəran, Astara, Cəlilabadda aktivlik qeydə alınır. Bu vaxta qədər həmin ərazilərdə az hallarda sürüşmə baş verirdi. Həmin sahələrdə bu miqyasda sürüşmə ilk dəfədir qeydə alınır. Orada təkcə sürüşmə deyil, sürüşmə-çökmə baş verib. Lerik-Yardımlı zonalarında əsasən sürüşmə dağ yollarında qeydə alınıb. Ona görə də həmin yolların əksəriyyəti bağlıdır. Cəlilabadda dünən baş verən hadisə sürüşmə sahələrinin böyüdüyü bir daha sübut etdi. Hazırda Kiçik Qafqazda-Gədəbəy, Daşkəsən, Goranboy, Göygöldə aktivlik qeydə alınır. Burada da çay dərələri - Zəyəmçay, Qoşqarçay, Kürəkçayda aktivlik müşahidə edilir”

S.Tarixəzərinin sözlərinə görə, bir sıra avtomobil yollarında da aktivlik qeydə alınıb: “Xüsusən Quba-Xınalıq yolunda tez-tez uçqun,sürüşmə baş verir. Xızıdan Altıağac istiqamətindəki yolda da fəallıq müşahidə edilir”.

Bakıdakı sürüşmə sahələrin vəziyyətində gəldikdə, S.Tarixəzəri onların da aktivləşdiyini dedi: “Son ilər Zığ, Masazır, Günəşli, Bayıl və digər sürümə sahələrində mütəmadi monitorinqlər aparırıq. Oktyabr ayında Zığda apardığımız müşahidələrdə yolun ortasında da çatlar qeydə alındığını gördük. Həmin evlərdə yaşamaq çox təhlükəlidir. Masazırdakı qəbristanlıqda yuxarı hissələrdə xırda çatlar yaranıb və genişlənmə gedir. Demirəm ki, bu günlərdə dəhşətli sürüşmə ola bilər. Lakin bərpa işlərinin aparılmasına ehtiyac var”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm