Nəqliyyat
Bayraq Günü Bakıda parad olacaq - - FOTO
Azərbaycan Avtomobil Federasiyası (AAF) noyabrın 9-da Dövlət Bayrağı Günü münasibəti ilə klassik avtomobillərin paradını təşkil edəcək.
Publika.az xəbər verir ki, bununla əlaqədar AAF klassik avtomobil sahiblərini parada iştirakçı kimi dəvət edir. 1980-ci ilədək istehsal olunan klassik avtomobillərin sahibləri 8 noyabr saat 19:00-dək Avtomobil Federasiyasında qeydiyyatdan keçə bilər.
İştirak etmək istəyən şəxslərdən qeydiyyat üçün Avtomobil Federasiyası ilə (012) 505 60 03 və ya (050) 295 01 00 telefon nömrələri, eləcə də [email protected] elektron poçt ünvanı ilə əlaqə saxlamaları xahiş olunur.
Qeydiyyatdan keçən avtomobillər 9 noyabr saat 09:00-da Heydər Əliyev Mərkəzinin qarşısında olmalıdır.
Heydər Əliyev Mərkəzinin qarşısından start götürəcək avtomobillər Bakı şəhərində dövrə vuraraq yürüşü Dövlət Bayraq Meydanınadək davam etdirəcək.
Dövlət Bayrağı Meydanında, həmçinin yürüşdə iştirak edən klassik avtomobillərin sərgisi olacaq.
Azərbaycan Avtomobil Federasiyası və Dövlət Bayrağı Meydanı hər bir kəsi noyabrın 9-u saat 12:00-dan 16:00-dək klassik avtomobillərin sərgisinə dəvət edir.
Sərgiyə giriş sərbəstdir.


-
Magazin206:16Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Hadisə03:43Astarada ağır qəza: ölən və xəsarət alanlar var
-
Avropa03:16Macar Baş nazirin üzərinə şərab atıldı - ANBAAN VİDEO
-
Region02:42İran yeddi şərt irəli sürdü - “ABŞ-ın qəbul etməkdən başqa yolu yoxdur”
-
İdman01:41“Trabzonspor” “Qalatasaray”ı darmadağın etdi
-
Region01:11Türkiyə münaqişə tərəflərindən hansı cavabı gözləyir? - Fidan AÇIQLADI
-
Qoroskop00:45Günün ULDUZ FALI - Qəti qərarlar verməkdən çəkinin
-
Avropa19 Sentyabr 23:36Corabları ilə Zelenskinin diqqətini yayındırdı - VİDEO































.jpg)



