Ən etibarlı avtomobillərin ADLARI AÇIQLANDI - SİYAHI
Bizi izləyin

Nəqliyyat

Ən etibarlı avtomobillərin ADLARI AÇIQLANDI - SİYAHI

TUV ən etibarlı avtomobillərin siyahısını açıqlayıb.

Almaniya texniki baxış assosiasiya (TUV) ən etibarlı avtomobillərin siyahısını açıqlayıb.

Publika.az-ın verdiyi məlumat görə, bunun üçün TUV 9 milyon avtomobili texniki baxışdan keçirib.

Birinci yerdə iki avtomobil yer alıb. Bunlar texniki baxış zamanı cəmi 2.1% problem göstərən “Mercedes-Benz GLK” və “Porsche 911” avtomobilləridir.

“A” sinfinin avtomobilləri arasında 2.5% texniki problem göstərən ən etibarlı “Mazda 2” avtomobilidir.

“Mercedes A” kompakt avtomobilləri arasında, “Mercedes C-Class” isə orta ölçülü avtomobillər arasında ən etibarlısı seçilib.

Nəqliyyat vasitələri arasında 5 illik yaşa malik etibarlı avtomobil isə “Audi A1”, “BMW Z4” və “Audi Q5” olub.

Ən etibarsız 3 illik yaşa malik avtomobillər arasında “Chevrolet Spark”, “FIAT 500” və “FIAT Punto” markalarıdır.

10 ildən çox yaşa malik avtomobillər arasında ən etibarsızı isə “FIAT Stilo”, “Mercedes-Benz M-Class” və “Ford Galaxy”-dir.

Ən çox problemə sahib olan avtomobillər bunlardır: “Chevrolet Captiva” (11%), “Kia Sorento” (11,2%) və “Kia Sportage” (11,5%).

Mələk

Oxumağa davam et
Reklam
Reklam

Gündəm